BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 Dekabr, 2007 - Published 16:38 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Dünyada 127 məhbus jurnalsitdən 9 nəfəri Azərbaycandadır
 
Barmaqlıqlar arxasında
Barmaqlıqlar arxasında
Dünyada həbs olunan hər altı jurnalistdən birinin təqsirləndirildiyi ittiham ictimaiyyətə elan edilmir.

Bu qənaətə Nyu-Yorkda mənzillənmiş Beynəlxalq Jurnalistlərin Hüquqularını Müdafiə Komitəsi gəlib.

Dekabrın 1-ə olan məlumata görə hazırda dünya məhbəslərində 127 jurnalist var.

Lakin bu jurnalistləri həbs edən ölkələrin sayı çox deyil. Jurnalistləri həbs edən ölkələrin arasında birincilik Çinə məxsusdur.

Orada 29 jurnalist həbsdədir. İkinci yerdə 24 məhbus jurnalistlə Kuba, 3-cü yerdə 14 jurnalistlə Eritrea, Daha sonra 12 jurnalistlə İran gəlir.

Sonrakı yer 9 jurnalisti həbs etmiş Azərbaycana məxsusdur. Komitənin hesabatı barədə müxtəsər icmalı təqdim edirik.

Beləliklə, Komitəinin illik hesabatında dünyada 127 jurnalsitin hazırda dəmir barmaqlıqlar araxasında olduğunu bildirilib.

Bunlardan 9 – u Azərbaycanlı jurnalistdir.

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Azərbayan jurnalsitlərlə davranışa görə ən açınacaqlı vəziyyətin hökm sürdüyü ölkələrdən biridir.

Azərbaycanda müxtəlif ittihamlarla azadlıqdan məhrum edilmiş jurnalistlərin işi ölkə daxilində və kənarında mübahisəli mövzulardan biri olaraq qalır.

Rəsmilər mətbuat içilərinin konkret kriminal əməllərinə görə cəza aldırlarını desədə, onların peşə fəaliyyətinə görə həbsxanaya atıldıqları fikiri geniş yayılıb.

Həbsi rezonansa səbəb olmuş jurnalistlərdən biri də “Azadlıq” qəzetinin müəllifi Mirzə Sakitdir. Jurnalist hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

Mirzə Saktinin həyat yoldaşı Rəna Zahidova həbsdən əvvəl belə onun səhhətində ciddi problemlərin baş olduğunu xatırladır.

"İndi isə bu problemlər bir qədər da şiddətlənib".

Bir neçə gün əvvəl Mirzə Sakit hüquq müdafiəçilərini yanına buraxmaq tələbi ilə açlıq aksisyası keçirmişdi.

Ötən gün onun tələbi nəzərə alındı və bir qrup hüquq müdafiəçisi həbsxanadakı jurnalistləri ziyarət etdi.

Onlar arasında Çinqiz Qənizadə də olub.

Mirzə Sakit və “Note Bene” nəşrinin əməkdaşı Fərəməz Novruzoqlu ilə görüşən Çinqiz Qənizadə səhhətlərində müəyyən problemlərin olduğunu desədə onların ruhdan düşmədiyini və həbsxanada belə yaradılıcıqlarını davam etdiklərini deyir.

Fərəməz Novruzoqlunun həyat yoldaşı Tahirə Allahverdiyeva isə onun səhhətində yaranan problemin tibbi müdaxiləni zəruri etdiyini deyir.

O ki qaldı həbsxanadakı şəraitə Tahirə Allahverdiyeva şəratin əvvəlki dövrlə müqayisdə indi bir qədər yaxşılaşdığını söyləyir.

Bu arada isə məlum olub ki, dekabr ayının 19-u Apellyasiya məhkəməsində azadlıqdan məhrum edilmiş digər mətbuat işçisi Eynulla Fətulayevin şikayəti əsasında apellasiya məhkəməsi keçirləcək.

Proses hakim Abid Abdinbəyovun sədrlyi ilə baş tutacaq.

Xatırladaq ki, Eynulla Fətullayev oktyabr ayında 8,5 il müddtinə azadlıqan məhrum edilib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik