BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 19 Oktyabr, 2007 - Published 10:43 GMT
 
Dostunuza göndərin Çap versiyası
Cənubi Afrikada reqqi ulduzu - Lucky Dube qətlə yetirilib
 
Lucky Dube
Yoxannesburqda cümə günü məşhur musiqiçiyə son əlvida deməyə minlərlə adam gəlmişdir.

Lucky Dube maşınını oğurlamaq cəhdinin qarşısını alaraq cümə axşamı odlu silahdan qətlə yetirilmişdir.

20-dək albomun müəllifi olan qaradərili bəstəkar reqqi üslubunun ən tanınmış simalarından biri idi.

Onun yaradıcılığında insan haqları, ədalət, müharibənin gətirdiyi eybəcərliklər kimi mövzular öz əksini tapırdı.

1984-cü ildə musiqiçinin “Rastas Never Die” albomu antiaparteid çağırışlarına görə qadağan edilmişdir.

Cənubi Afrika və bütün dünyada reqqi ulduzunun ölümü ilə bağlı radiostansiyalar musiqiçiyə proqramlar həsr edirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik