BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Oktyabr, 2007 - Published 02:50 GMT
 
Dostunuza göndərin Çap versiyası
Sami Yusuf: "Azərbaycan mənim ürəyimdir "
 
“Körfəzdə və eləcə də sərasər müsəlman dünyasında İslam rok musiqisinin ən sevilən adlarından biri - Sami Yusuf, görəsən, öz vətənində - Böyük Britaniyada niyə tanınmır”.

Bu sualı Londonda çıxan nüfuzlu “İndependent” qəzeti verir.

Qəzet yazır ki, o, Britaniya hökuməti tərəfindən dəstəklənən fakttoplama missiyasının üzvü kimi Sudandan qayıdıb və Londonda keçirdiyi mətbuat konfransında diqqəti Darfurda davam edən insan böhranına çəkib.

Mətbuat konfransında onu Beynəlxalq İnkişaf naziri Baronessa Vadera müşaiyət edib.

O, Xartumdakı İslam rejiminin qaradərili xristian azlığa qarşı genosid siyasətini pisləyib və bu bölgəyə yardım məqsədilə Londonun Uembli Arena mərkəzində böyük konsert vəd edib.

“İndependent” yazır ki, artıq bir çox musiqi tənqidçiləri bu konserti Live8 və ya ötən il bütün dünyada keçirilmiş “Canlı 8-lər” xeyriyyə konserti ilə müqayisə edirlər.

“İndependent” yazır ki, Sami Yusufu pərəstişkarlarının sayına görə Robi Uilyamz kimi müğənnilərlə bir sıraya qoymaq olar.

Yeri gəlmişkən, bu konsertdə həmçinin Danimarkadan qarışıq müsəlman-xristian hip-hop musiqi qrupu, Amerikalı müsəlman ballada ustası Kərim Salama da iştirak edəcəklər.

Lakin Britaniyada Yusufun uğurlarını tənqid edənlər də var.

Əfqanıstanda Taleban tərəfindən girov götürüldükdən sonra İslamı qəbul etmiş jurnalist İvon Ridli sual edir ki, bu qədər şöhrət və var-dövlətlə görəsən Saminin özü İslama nə dərəcədə uyğundur.

Bir başqaları isə musiqinin haram olduğunu söyləyirlər.

Lakin, yazır ki, İndependent Sami Yusuf özünü bir çox mədəniyyətlərin sintezi kimi görür.

Tehranda doğulmuş Sami Yusuf milliyyətcə Azərbaycanlıdır, onun baba-nənəsi Bakını bolşeviklər hakimiyyətə gələrkən tərk edib.

Sami Yusuf mahnılarından birində "Azərbaycan mənim ürəyimdir"- deyir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik