06 Sentyabr, 2007 - Published 11:05 GMT
Gələcək partnyorları seçməyə gəldikdə, kişilər gözəllik axtarırlar, qadınlar isə var-dövlətə fikir verirlər. Bu nəticəyə İndiana Universitetinin alimləri gəliblər.
Sürətlə tanışlıq adlanan proses subayların bir-biri ilə tanış olmasına imkan yaradır. Bu subaylara bir-biri haqqında məlumat əldə etmək üçün imkan yaradır.
Dr Glenn Wilson,əlaqələr üzrə ekspert
Tədqiqatçılar deyirlər ki, sürətlə tanışlıq adamların partnyor seçərkən əsasən nəyə fikir verdiklərini müəyyənləşdirməyə imkan verir.
Araşdırma zamanı iştirakçılardan partnyorlarında nə axtardıqlarını soruşublar. Ən geniş yayılan cavab özlərinə bənzər birini tapmaq olub.
Amma sürətlə tanışlıq sessiyası başlayan kimi kişilərin daha cazibədar qadınlarla tanışlığa can atdıqları, qadınların isə var-dövlətə və təhlükəsizliyə fikir verdikləri aydın olub.