BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 21 İyun, 2007 - Published 13:42 GMT
 
Dostunuza göndərin Çap versiyası
Azərbaycan Türkmənistanla münasibətləri sahmanlayacaq rəsmiləri müəyyən edib
 
İyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Türkmənistan arasında hökümətlərarası komissiyanın Azərbaycan üzrə tərkibini təsdiq edib.

İki ölkə liderinin bir qədər əvvəl keçirdiyi danışıqlar və diplomatik missiyaların yenidən açılması barədə qərardan sonra müşahidəçilər son addmı Aşxabatla Bakı arasında münasibətlərin getdikçə istiləşməsi kimi səciyyələndirirlər.

Təsis edilmiş komissiya ilk növbədə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ilə məşğul olacaq. Komissiyanın sədri vəzifəsinə baş nazirin müavini Yaqub Eyyubov təyin edilib.

Komissiyanın tərkibinə habelə əksər nazirliklərin yüksək rütbəli şəxsləri də daxil edilib. Yeri gəlmişkən xatrıladaq ki, iki ölkə arasında tam diplomatik münasibətlər indi bərpa olunmaq üzrədir.

Görünür Bakı və Aşxabat arasında mülaşyimləşən münasibətlər köhnə mübahisələri yoluna qoymaq üçün münbit zəmin yaratmağa başlayıb.

Bir qədər əvvəl Bakıda Aşxabatla mübahisəli Kəpəz neft yatağının müştərək istismarının mümkünlüyü barədə rəsmi bəyanatlar səsləndirildi.

Habil Süleymanov, Bakı

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik