BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 May, 2007 - Published 13:39 GMT
 
Dostunuza göndərin Çap versiyası
Mikloş Haraşti: "Jurnalistlər məhbəsə salınmamalıdır"
 
haraşti
Mikloş Haraşti
ATƏT-in Mətbuat Azadlığı üzrə təmsilçisi Mikloş Haraşti Beynəlxalq mətbuat günü Azərbaycanda bu sahədə vəziyyətə dair BBC Azərbaycan Xidmətinə müsahibə verib.

Təəssüf ki, Azərbaycanda mətbuat azadlığı geriləməkdədir. Halbuki bir arada vəziyyətin düzələcəyinə ümid yaranmışdı. Jurnalist Elmar Hüseynov faciəli şəkildə qətlə yetirildikdən sonra prezident İlham Əliyev ölkə rəsmilərini jurnalistləri məhkəməyə verməməyə çağırmışdı. Praktik olaraq başa düşülürdü ki, jurnalistlərin cinayətkarlıqla hədəflənməsi və onların xalq düşməni elan edilməsi ilə onlara qarşı zorakılıq arasında bağlılıq var. Məsələ burasındadır ki, 2006-cı ilin martından ölkə rəsmiləri prezidentin həmin çağırışına məhəl qoymamağa başladılar. Belə görünürdü ki, prezidentin özü də öz çağırışını daha o qədər də dəstəkləmirdi. Çünki bu müddətdə jurnalistlərə qarşı onlarca məhkəmə işləri başlandı. Təkcə aprel ayında belə işlərin sayı 10-dan artıq olub. Hazırda 5 jurnalist həbsxanadadır. Əlbəttə, onların müxtəlif səbəblərə görə məhkum olunduqları bildirlir, lakin ümumi səbəb onların öz fikirlərini ifadə etməsidir.

Bəs görəsən, Mikloş Haraştı çıxış yolunu nədə görür?

Zənnimcə yaranmış vəziyyətdə prezident bir az da irəli gedərək jurnalistlərin mühakimə olunmasına moratorium qoymalıdır. Bir çox Avropa ölkələri bu təcrübədən istifadə edirlər. Bu artıq Qərbdə dəb şəklini alıb. Bu ölkələrdə böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanun maddədlərindən sadəcə olaraq istifadə edilmir. Moratoriumun mövcud olduğu müddətdə parlament islahatları təmin edən qanunlar üzərində işləyə bilərdi. Məsələn, Gürcüstanda, Moldova və Ukraynada belə ediblər. Məhz bu halda bütün Avropada bərabər vəziyyət yarana bilər. Elə bir vəziyyət ki, jurnalist böhtan ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsin və ölkənin ən yaxşı jurnalsitləri məhbəsə atılmasın.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik