http://www.bbcazeri.com

23 May, 2006 - Published 01:44 GMT

Təbrizdə azərbaycanlılar etiraz aksiyası keçiriblər

İranın şimal qərbindən alınan məlumatlara əsasən, etnik azərbaycanlılar Təbrizdə və onun ətrafında təhqiramiz hesab etdikləri karikaturla bağlı etiraz nümayişi keçiriblər.

Bir agentliyin məlumatına görə, aksiyada yüzlərlə insan iştirak edib və polis onları dağıtmaq üçün gözyaşardan qaz tətbiq edib.

Rəsmi qəzetdə dərc edilmiş karikaturda azərbaycanca danışan tarakan çəkilmişdi.

İranın mədəniyyət naziri Hüseym Səfər-Hərəndi kariakturun dərcini axmaqlıq adlandıraraq, günahkarların cəzalandırılacağını söyləyib.