BBC navigation

Dəməşq partlayışı onlarla adamın ölümünə bais olub

Son yeniləmə: 10 may, 2012 - 13:56 GMT

Media Pleyer

Rəsmilər Hərbi Kəşfiyyat İdarəsinin yaxınlığında baş verən iki güclü partlayışda 50-dan artıq adamın həlak olduğunu bildirirlər.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Rəsmilər Hərbi Kəşfiyyat İdarəsinin yaxınlığında baş verən iki güclü partlayışda 50-dan artıq adamın həlak olduğunu bildirirlər.

İlk partlayışdan az keçmiş ikinci bomba partlayıb.

372 adam müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Dövlət televiziyası ilə şəhərin Əl-Qəzzaz bölgəsində hücum nəticəsində əmələ gələn dağıntılar nümayiş etdirilib.

Rəsmi mənbələr basqında “terrorçu qrupları” ittiham ediblər.

Hadisənin şahidi olan Əhməd adlı BBC müsahibi partlayışların çox güclü olduğunu deyib.

“Partlayışlar çox, çox güclü olub. Mən əvvəlcədən elə bildim ki, hava zərbəsi baş verib”.

Atəşkəsin elan olunmasına rəğmən ölkə boyu silahlı qarşıdurma halları davam edir.

BMT və Ərəb Liqasının xüsusi elçisi Kofi Annan Dəməşq hücumunu pisləyərək onun bütün tərəflərin maraqlarına zidd olduğunu deyib.

Son aylar ərzində Suriya paytaxtında bir neçə bomba hücumu baş verib.

More Multimedia

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.