bbc.co.uk navigation

"Azərbaycan musiqisində əsl ruh var"

Son yeniləmə: 24 fevral, 2012 - 08:58 GMT

Media Pleyer

Londonda, 20 il əvvəl Xocalıda baş vermiş faciəvi hadisələrin ildönümünə həsr olunmuş konsert keçirilib. Konsert haqqında videonu izləyin.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Londonda son illər Azərbaycan bəstəkarlarının əsərləri tez-tez ifa olunur. Və onlar əsasən mərkəzi konsert zallarında və kilsələrdə keçirlir. Çərşənbə günü St John's kilsəsində keçirilən konsert 20 il əvvəl Xocalıda baş vermiş faciəvi hadisələrin ildönümünə həsr olunub.

Konsertin təşkilatçısı Avropa Azərbaycan cəmiyyətidir. Konsert zamanı Xocalı faciəsinə həsr olunmuş film və sərgi də nümayiş etdirilib.

Fikrət Əmirov, Qara Qarayev və Soltan Hacıbəyovun əsərlərilə yanaşı İohan Brams, Sergey Raxmaninov və digər klassik bəstəkarların musiqiləri də ifa olunub.

Orkestrə Britaniyada tanınmış dirijorlar - Sue Perkis və Nicholas Collon rəhbərlik edib.

Azərbaycanlı skripkaçı Səbinə Raxçiyeva "Dua" əsərini ifa edib.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.