bbc.co.uk navigation

Yerevanda ekoloqların üsyanı

Son yeniləmə: 20 fevral, 2012 - 12:55 GMT

Media Pleyer

Yerevanda təbiətin müdafiəsi təşkilatları və “Bizik bu şəhərin sahibi” ictimai təşəbbüs qrupu ötən həftə sonu paytaxtın mərkəzi prospekti yaxınlığında yaşıl zonada ticarət budkalarının yerləşdirilməsinə qarşı etiraz aksiyası keçiriblər.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Yerevanda təbiətin müdafiəsi təşkilatları və “Bizik bu şəhərin sahibi” ictimai təşəbbüs qrupu ötən həftə sonu paytaxtın mərkəzi prospekti yaxınlığında yaşıl zonada ticarət budkalarının yerləşdirilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Gənclər qarın üstünə polietilen plyonka sərib növbə ilə keşik çəkiblər və tikinti yerinə fəhlə və texnikanın daxil olmasına imkan verməyiblər.

Yerevan meriyası şəhərin Abovyan küçəsinin abadlaşdırılması planına mane olan ticarət nöqtələrini sökdürür və sakinləri əmin edir ki, onları müvəqqəti olaraq Maştots (keçmiş Lenin) prospektinə bitişən parka köçürür.

Ekoloji təşkilatlar və ictimai fəallar meriyanın qərarını qeyri-qanuni, əsaslandırılmamış hesab edir və Yerevanda nadir yaşıl sahənin məhv edilməsinə yol verməmək əzmindədirlər.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.