
Ən uzun Valentin öpüşü mükafatını qazanmaq uğrunda yarışan gənclər müsabiqəni yemədən-içmədən, fasiləsiz başa vurublar.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Taylandda ən uzunmüddətli öpüş marafonu başa çatıb.
Bazar günündən başlayan və Valentin günü də daxil olmaqla 50 saata yaxın davam edən yarışda öpüşən gənclər yarışı yemədən-içmədən, fasiləsiz başa vurublar.
7 cütlük Taylandın Pattaya kurort şəhərində dodaqlarını birləşdirərək iki gün davamlı bu vəziyyətdə qalıblar.
Yarış mükafatı olaraq 3 333 dollar qiyməti olan brilyant qaşlı üzük və 7 min dollara yaxın qiyməti olan otel vauçeri təsis edilib.
Müsabiqəni gey cütlük qazanıb və onların adı Ginnesin rekordlar kitabına düşüb.
BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.