bbc.co.uk navigation

Ermənistan Eurovision-da iştirak üçün Bakıya getsinmi?

Son yeniləmə: 13 fevral, 2012 - 15:09 GMT

Media Pleyer

Bəzi ermənilər bunu "abırsızlıq" hesab edir.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Ermənistanın Bakıda Beynəlxalq “Eurovision-2012” Mahnı Müsabiqəsinin iştirakçısı martın 18-də elan olunacaq.

Namizədlər Ermənistan İctimai Televiziya Şurasında musiqiçilərdən, televiziya mütəxəssisləri və musiqi prodüserlərindən ibarət xüsusi komissiyanın qapalı müzakirələri nəticəsində müəyyən edilməlidir.

Sosial şəbəkələrdə isə ehtimal olunan namizədlər məsələsi çoxdan müzakirə olunur.

Favoritlər sırasında 2010-cu ildə Ukrainada keçirilən “Yeni dalğa” mahnı müsabiqəsinin qalibi Sona Şahqeldyanın da adı çəkilir.

“News.am” İnternet nəşrinin Facebook-da keçirdiyi interaktiv sorğuda iştirak edən 280 respondentlərin çoxu Bakıda “Eurovision-2012” səhnəsində Ermənistanı əsli Qarabağdan olan müğənni təmsil etməsini istədiklərini bildiriblər.

Yerevanlıların bir çoxu Ermənistanın Bakı müsabiqəsində iştirak etməsini səhv, bəziləri də “abırsızlıq” hesab edirlər. Çünki Azərbaycan bu il Ermənistanda keçirilən “Eurovision” Uşaq Müsabiqəsinə öz nümayandəsini göndərməmişdi.

“Eurovision-2012” mahnı müsabiqəsinin ehtimal olunan iştirakçıları arasında “Dorians” rok-qrupun solisti Qor Sucyanın adı sosial şəbəkələrdə ön sıralarda xatırlanır.

“Dorians” qrupun müsabiqə üçün yazdığı “Bu bizim dünyadır” kompozisiyası Youtubda iki gün ərzində 48 min internet istifadəçisi dinləyib. Mahnı erməni gənclərin tərifli şərhlərinə layiq olub.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.