bbc.co.uk navigation

Bakı sakinlərini soyuqdan qorumaq üçün sığınacaqlar

Son yeniləmə: 10 fevral, 2012 - 17:57 GMT

Media Pleyer

Hakimiyyət deyir ki, ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi" ilə əlaqədar olaraq Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil etməsi barədə bəyanat yayıb.

Son həftələrdə düşən güclü soyuqlar 5 insanın ölümünə səbəb olub.

Nazirlik bildirib ki, sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və digərləri), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.

Nazirlik sığınacaqların Bakının müxtəlif yerlərində yerləşdiyini bildirsə də, müxbirimiz Şərq bazarının yaxınlığında, Xətai prospekti, 11 ünvanında heç bir sığınacaq qurulmadığının şahidi olub.

Nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərov Süleyman Rüstəm küçəsində sığınacaqla jurnalistləri tanış edərkən, müxbirimizin bu barədə sualına cavab verərəkən "hər şeydə pozitiv axtarmağı" məsləhət görüb.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.