
Suriya hökumətinin qüvvələri cümə axşamı Xüms şəhərinin bombardmanını gücləndirib.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Suriya hökumətinin qüvvələri cümə axşamı Xüms şəhərinin bombardmanını gücləndirib. Artıq 6-cı gündür ki, hökumət silahlı müqaviməti dəf etməyə çalışır.
Məlumatlara görə, bu gün bombardmanlar nəticəsində 30 adam ölüb, üç ailə evlərinin dağıntıları altında qalıb. BMT Baş Katibi Ban Ki Mun deyib ki, Xümsdə "dəhşətli qəddarlığın" daha acı nəticələrə aparacağından narahatdır.
O, Suriya hökumətinin, BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı tədbirlər barədə razılığa gələ bilməməsindən sonra daha da ürəkləndiyini və öz xalqına qarşı müharibə apardığını bildirib.
Videoda kameraman deyir: "Bu, Xüms şəhərinin Baba Amr rayonudur. Fevral ayının 9-u səhərdir. Rayon ərazisi davamlı artilleriya atəşindən tamamilə darmadağın edilib. Bu gün azı 29 şəhid cəsədi saymışıq. Allah böyükdür".
BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.