bbc.co.uk navigation

Ermənistan parlamentində deputatlar 2-3 adamın yerinə səs verib

Son yeniləmə: 9 fevral, 2012 - 16:16 GMT

Media Pleyer

Milli Məclisin iclasında yetərsay olmadığına baxmayaraq, Ermənistan parlamenti bir sıra qanun layihələrinin qəbul olunması üçün kifayət qədər səs təmin edə bilib.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Ermənistan Milli Məclisi iclasında yetərsay olmadığına baxmayaraq, Ermənistan parlamenti bir sıra qanun layihələrinin qəbul olunması üçün kifayət qədər səs təmin edə bilib.

Müxalif Jaranqutyun (İrs) fraksiyasının üzvü Larisa Alaverdyan iclas zalında olan deputatların sayının səvermə tablosunda göstərilən rəqəmə uyğun olmadığını deyib.

Ermənistan Milli Məclisinin hakim koalisiya təmsilçilərinin iclasda iştirak etməyən yoldaşlarının əvəzinə səs vermələri yenilik deyil. Lakin son iclas zamanı onların hər biri 2-3 qaib deputatın əvəzinə səsvermə düymələrini basıblar.

Millət vəkilləri jurnalistlərin bununla bağlı suallarına “elə şey ola bilməz” deyə, başqalarının əvəzinə səs verdiklərini qəti inkar edirlər. Lakin “Azatutyun.TV” müxbirinin videosunda bu aydın görünür.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.