bbc.co.uk navigation

Qarabağlı Lüsiya Moon Avroviziyada Ermənistanı təmsil edə bilər

Son yeniləmə: 6 fevral, 2012 - 10:22 GMT

Media Pleyer

"Qoy Azərbaycan və Ermənistan birgə sükutla məni dinləsin" - müğənni deyir ki, musiqinin nəzarətə alına bilməyəcəyini siyasətçilərə sübut etmək istəyir.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Ermənistan may ayında Bakıda Beynəlxalq “Avroviziya-2012” Mahnı Müsabiqəsində iştirak edəcəyi haqqında son qərara gəlməsə də, Ermənistan İctimai Televiziya Şurasında tərtib edilmiş xüsusi komissiya müsabiqə iştirakçısının və təqdim ediləcək mahnının martın 18-dək müəyyən ediləcəyini bildirir.

İnformasiya vasitələri və ictimaiyyət müsabiqədə Ermənistanı təmsil etməyə layiq olan namizədlər məsələsi ətrafında müzakirələr aparır. Bir neçə yerli ifaçılardan başqa ehtimal olunan namizədlər arasında ABŞ-da yaşayan Lüsiya Mun təxəllüsü altında çıxış edən ifaçının adı da tez-tez çəkilir.

Los-Ancelesdə yaşayan Lüsiya Mun Bakıda “Avroviziya-2012” mahnı müsabiqəsində iştirak etmək üçün namizədliyini özü təklif edib.

O, prodüseri David Yöndemlə müsabiqə üçün hazırladıqları mahnının nümayiş versiyasını Ermənistan Avroviziya Komitəsinə göndərib. Hazırda mahnının son varintı üzərində iş gedir.

Mahnı hələ heç bir yerdə səsləndirilməyib.

Mahnı “Ləzzətli bir hiss” (“Delicious Feeling”) adlanır.

“Əminəm ki, mahnının gücü, müstəsnalığı və məna məzmunu onların xoşuna gələr”, - deyib Lüsiya “News.am” internet qəzetinə.

Lüsiya Mun müsabiqədə ifa etmək istədiyi mahnının müəllifidir.

Deyir: “Bu, Ermənistanı təqdim etmək üçün düzgün, yararlı mahnıdır. Mən psixoloği və mənəvi cəhətdən bu missiyanı üzərimə götürməyə hazıram”.

“Azərbaycanda Ermənistanı təmsil edərək, mən bütün dünyaya göstərərəm ki, mahnı nəzarətə alına bilməz, siyasətçilərin təhdid obyektinə çevrilməməlidir”.

“Mənim iştirakım Ermənistana və Azərbaycana birlikdə bir qədər susub, erməni mənşəli keçmiş bakılının üç dəqiqəlik mahnısı ilə nə demək istədiyini dinləməyə imkan verər”.

“İstəyirəm, hər kəs 3 dəqiqə sükuta bürünüb məhəbbətin nəyə qadir olduğunu görsün. Bu mesajımı dünyaya çatdırmaq istəyirəm”.

Əsli Qarabağlı Lüsiya Babayantsın uşaqlığı və gəncliyi Bakıda keçib. 1988-ci il Sumqayıt hadisələrindən sonra Babayantslar ailəsi Ermənistana, daha sonra Moskvaya köçüb. 1992-ci ildən ABŞ-da yaşayırlar.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.