
Boks qalmaqalına dair reportajın müəllifi Anna Adams AİBA rəhbərinin təyin etdiyi komissiyanın tərəfsizliyinə şübhə edir.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Beynəlxalq Boks Federasiyasının (AİBA) təyin etdiyi komitə Azərbaycana, 10 milyon dollarlıq sərmayə əvəzindəgələn il Londonda keçiriləcək Olimpiya oyunlarında iki qızıl medal vəd edilməsinə dair iddiaları rədd edib.
AİBA-nın Xüsusi Təhqiqat Komitəsi sentyabrın 23-də yayımlanmış BBC Newsnight proqramında səslənən məlumatları "əsassız və ağlabatan dəlillərlə sübut olunmayan" kimi dəyərləndirib.
Proqrama müraciət edən iki anonim şəxs Azərbaycanın AİBA-ya artıq 9 milyon dollar ödədiyini və əvəzində iki boksçuya Olimpiya medalı vəd olunduğunu bildirmişdi.
Azərbaycan da bu ittihamları rədd etmiş və sərmayə razılaşmasının hakimiyyətə dəxli olmadığını bildirmişdi.
Proqramın aparıcısı Anna Adams BBC Azərbaycancaya müsahibəsində AİBA-nın apardığı araşdırmaya şübhə etdiyini və Beynəlxalq Olimpiya Komitəsinin apardığı təhqiqatın nəticələrini gözlədiyini bildirib.
Müstəqil adlandırdıqları bu araşdırmanı bizim təhqiqatımızda adları hallanan adamlar aparıb. Bu araşdırmanın aparılması üçün komissiya üzvlərini AİBA prezidenti Çin Ku Vu təyin edib. Onun özü sərmayə razılaşmasını imzalayan adamdır. Başqa sözlə, onun təyin etdiyi adamlar onun özünü araşdırmalı idi. Belə bir araşdırma necə müstəqil və tərəfsiz ola bilər – deyə Anna Adams sual edib.
BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.