bbc.co.uk navigation

"Parçaları qanla yapışdırılmış ölkə uzun müddət yaşaya bilməz"

Son yeniləmə: 5 dekabr, 2011 - 15:23 GMT

Media Pleyer

Yazıçı Çingiz Hüseynov hesab edir ki, "diktatura yolu ilə gedən Rusiya dəhşətli şəkildə parçalanacaq".

Dinləyinmp3

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Rusiyada keçirilən parlament seçkilərində Vahid Rusiya partiyası 49 faiz səs qazanıb. Bu səsvermə mart ayında prezidentliyə hazırlaşan Vladimir Putin üçün bir populyarlıq sınağı idi.

Nəticələr cənab Putin üçün biabırçı hesab olunur, çünki 2007-ci ildə səslərin 64 faizini qazanan Vahid Rusiya partiyası üçün bu nəticələr kəskin enişdir.

Müxalifət partiyaları seçki qanunlarının pozulduğundan şikayət edir.

Bəs bu nəticələr Rusiya cəmiyyətin haqda nə deyir? İnsanlar Vahid Rusiya və cənab Putin haqda nə düşünür? Kommunist partiyasına səs verənlərin sayı nə üçün artdı?

Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov BBC Azərbaycancaya müsahibəsində bu və digər suallara cavab verib.


Mənim tanıdıqlarım arasında Putini dəstəkləyən yoxdur.

Putinin yerinə bir başqası da gəlsə dönüb olacaq Putin.

Azərbaycanlılar bu seçkilərlə az maraqlanırdı.

Rusiya Qarabağ problemini həll etməyəcək, çünki ona sərfəli deyil.

Ermənilər məcburən ruslara arxalanırlar.

Demokratiya yolu ilə getsə Rusiya daha tez dağılacaq, amma diktatura yolu ilə gedən Rusiya dəhşətli şəkildə parçalanacaq.

Parçaları qanla yapışdırılmış ölkə uzun müddət yaşaya bilməz.

Kommunist ideyası imperiya ideyasına yaxın fikirdir.

Rusiyada ərazi azarı hər zaman üstün olub.


More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.