bbc.co.uk navigation

Urmiyada "yeni həbslər olub"

Son yeniləmə: 27 avqust, 2011 - 16:01 GMT

Media Pleyer

İran ərazisində Urmiya gölünün quruması ilə bağlı parlamentin gölün xilas tədbirlərinin əleyhinə verdiyi qərar Urmiya və Təbriz şəhərlərində etirazlarla qarşılanıb.

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Yaşar Hakkakpur

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafəsi Assosiasiyasının sözçüsü Yaşar Hakkakpur deyir ki, gölün qurumasının qarşısını almaqda dünya ölkələri də maraqlı olmalıdır.

İran ərazisində Urmiya gölünün quruması ilə bağlı İslam Respublikası parlamentinin gölün xilas tədbirlərinin əleyhinə verdiyi qərar Urmiya və Təbriz şəhərlərində azərbaycanlıların etirazları ilə qarşılanıb.

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafəsi Assosiasiyasının sözçüsü Yaşar Hakkakpurun BBC Azərbaycancaya verdiyi məlumata görə, şənbə günü hər iki şəhərdə yenidən etiraz tədbirləri keçirilib.

Onun sözlərinə görə, polisin Urmiyada insanların toplaşdığı yerə mərmi atmasına dair məlumatlar var.

Kanadadan yaşayan Hakkakpur İrandakı azərbaycanlılarla əlaqə saxladığını deyir. O, son günlər İranda azərbaycanlıların yaşadığı və etriazların baş qaldırdığı ərazidə internet və telefon xətlərinin kəsildiyini söyləyir.

Yaşar Hakkakpur etirazların, siyasi xarakter daşımadığı və ətraf mühit probleminin həllinin tələbi olduğu halda, həbslər və polis basqısı ilə müşaiyət olunmasından təəccübləndiyini deyir.

Urmiya gölünün sahillərində məskunlaşan azərbaycanlılar, gölün quruyacağı təqdirdə onun ətrafında yaşayan insanlara zərər vuracağından qorxduqlarını bidlirirlər.

Məlumatlara görə, avqustun 24-də 30-dan artıq azərbaycanlı Təbrizdə həbs olunub.

Urmiya gölü

İran Parlamenti Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayından su kanalı çəkilməsinə pul ayırmaqdan imtina edib.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.