BBC azeri

Ön səhifə > Azərbaycan və bölgə

Aşqabad Xəzərdəki mübahisəli sektorla Azərbaycanın “əlaqəsi olmadığını” bildirir

Facebook Twitter Google+
19 İyun, 2012 - 10:22 GMT
Xəzər

Mübahisəli “Kəpəz” yatağında Türkmənistanın elmi-tədqiqat gəmisinin fəaliyyəti ilə bağlı Bakının etirazına cavabında Aşqabad həmin sektorun Azərbaycanla “heç bir əlaqəsi” olmadığını deyib.

Çərşənbə axşamı Türkmənistan “Sərdar” adlandırdığı yataqla bağlı Azərbaycandakı səfirliyi vasitəsilə rəsmi mövqeyini açıqlayıb.

Bundan öncə Bakı Xəzərdəki yataqda Türkmənistan gəmisinin işinə etirazını Xarici İşlər Nazirliyinə dəvət olunan Türkmənistan səfirinə bildirib.

"Qanunazidd fəaliyyət"

"Hələ 2012-ci il iyunun 16-da rəsmi qaydada Azərbaycan tərəfinə, o cümlədən diplomatik nota yolu ilə Azərbaycan Xarici İşlər Nazirliyinə Azərbaycan Sərhəd Xidmətinin Xəzər dənizinin Azərbaycanla heç bir əlaqəsi olmayan sektorunda elmi-tədqiqat işləri aparan mülki gəmiyə münasibətdə qanunazidd fəaliyyət göstərməyə cəhd etməsi ilə bağlı qəti etiraz bildirilib", - Türkmənistan diplomatik idarəsinin məlumatından agentliyikdə iqtibas gətirilir.

Azərbaycan iyunun 18-də Xəzərdə milli sektorların kəsişməsi hissəsində elmi-tədqiqat işləri aparan Türkmənistan gəmisinin faəliyyəti ilə bağlı qəti etirazını bildirib.

Etiraz

Hərçənd ki, insidentin hansı gün baş verdiyi barədə məlumat verilmir.

50 milyon tonn neftə malik olan mübahisəli yataq ətrafında insidentlə bağlı narazılıq Türkmənistan səfirinə bildirib.

Xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə səfir Toyli Komekova bildirilib ki, sektorların bölgüsünün tamamlanmasınadək kəşfiyyat və hasilatın aparılması 2008-ci ildə imzalanmış ikitərəfli müqaviləyə ziddir.

Azərbaycanın Xarici İşlər Nazirliyi sektorların kəsişməsində yerləşən Kəpəz yatağında seysmik işlərin aparılmasını “hüquqazidd və qəbuledilməz” hesab edir.

Bu barədə məlumat Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib:

“Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilmiş və qeyd olunmuşdur ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır”.

Təzələ

Paylaş

Facebook Google+ Twitter