bbc.co.uk navigation

Putinin seçki kampaniyasında "bakirəliklə” bağlı reklam

Son yeniləmə: 24 fevral, 2012 - 15:13 GMT
Putin tərəfdralarının nümayişi

Rusiyada prezident seçkilərinə 10 gün qalmış Vladimir Putinin tərəfdarları internetdə gənc qızların cinsi əlaqəyə girməsi mövzusu ətrafında qurulan videolar yerləşdirib.

Silsilə “Putin: ilk dəfə yalnız sevgi ilə” adlanır.

Videoların birindən belə bir təəssürat yaranır ki, həkim qəbuluna gələn qadın bakirəliyinin itirilib-itirilməməsindən bəhs edir.

Lakin bundan bir az keçmiş Putinin seçki qabağı plakatının göstərilməsindən sonra söhbətin ilk dəfə səs verməkdən getdiyi aydın olur.

Həkim qadına “Putinlə təhlükəsizdir” deyə, məsləhət verir.

Növbəti səhnədə qadının seçki məntəqəsinə üz tutduğu nümayiş etdirilir.

Videoların “gənc auditoriyanı seçkilərə cəlb etmək məqsədilə" hazırlandığını deyən Adus ADV şirkəti kliplərin sifarişçisinin kim olduğunu açıqlamayıb, deyilir AFP agentliyinin məlumatında.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.