bbc.co.uk navigation

Genetiklər: kişilərin əcəli hələ çatmayıb

Son yeniləmə: 23 fevral, 2012 - 13:11 GMT
Y xromosomu

Y xromosomunun deqradasiyası nəticəsində kişilərin yer üzündən yox olmasına məhkum olacağı barədə məlumatları təkzib edən yeni dəlillər peyda olub.

Bundan əvvəlki təhqiqatlarda kişilərin malik olduğu Y xromosomunun sürətli deqradasiyası nəticəsində 5 milyon ildən sonra onun tamamilə yoxa çıxacağı proqnozu verilib.

Lakin Nature dərgisində dərc olunmuş yeni araşdırma xromosomdakı deqradasiya prosesinin demək ki, dayandığını qeyd edir.

Fəlakət proqnozları

2003-cü ildə dərc olunmuş “Adəmın ləyənəti: kişilərsiz gələcək” (Adam's Curse: A Future without Men) kitabında professor Brian Sykes kişilərin 100 min il ərzində yoxa çıxacağını bildirib.

90-cı ilin sonunda peyda olmağa başlayan bu kimi proqnozlar X və Y xromosomlarının müqayisəsinə əsaslanır.

X xromosomunda 800 gen mövcuddursa, yalnız kişilərin malik olduğu Y xromosomu cəmi 78 gendən ibarətdir.

Təhqiqatlar

Bundan əvvəlki təhqiqatda kişilərin ölümü ilə bağlı nəzəriyyələri araşdırmaq üçün xromosom 6 milyon il əvvəl təkamül inkişafında insanlardan ayrılan şimpanzenin Y xromosomu ilə müqayisə edilib.

Sonuncu araşdırmada insan xromosomu daha qədim makaka-rezus meymunun Y xromosomu ilə tutuşdurulub.

Təhqiqatın nəticələri göstərir ki, son 6 milyon il ərzində Y xromosomu dəyişməz qalıb.

25 milyon il ərzində isə kişilərin xromosomunda yalnız 1 gen itirilib.

Bu araşdırma göstərir ki, təkamülün ilkin mərhələlərində Y xromosomunda genlərin itirilməsi sürətlə baş verirsə, daha sonra müəyyən nöqtəyə çatan bu proses dayanır.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.