bbc.co.uk navigation

İranlı deputat: Bakıdakı həbslər əlaqələrə təsir edə bilər

Son yeniləmə: 23 fevral, 2012 - 11:01 GMT
İran parlamenti

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib ki, Azərbaycanda İran Televiziyasının müxbirinin həbsi iki tərəfli əlaqələrə təsir edə bilər.

“Azərbaycan hökumətinin İran İslam Respublikasına qarşı qeyri-adi addımları uğursuzluğa məhkum olaraq iki tərəfli münasibətlərə mənfi təsir göstərəcək", Fars agentliyində Zöhrə İlahiyandan iqtibas gətirilir.

Millət vəkili deyib ki, İranın Xarici İşlər Nazirliyi Televiziya müxbiri ilə onun sürücüsünün həbsini araşdırmalıdır.

Zöhrə İlahiyan Azərbaycan hökumətini İsrail və ABŞ əlində vasitəyə çevrildiyini bildirib, deyilir Fars agentliyinin məlumatında.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.