bbc.co.uk navigation

Əfqanıstan: Quranın yandırılması ilə bağlı 8 adam öldürülüb

Son yeniləmə: 23 fevral, 2012 - 16:15 GMT

Media Pleyer

Amerika qüvvələrinin hərbi bazasında Quran nüsxələrinin yandırılması ilə bağlı etirazlar vaxtı daha 6 əfqan və 2 ABŞ hərbçisi öldürülüb.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Etiraz

Amerika qüvvələrinin hərbi bazasında Quran nüsxələrinin yandırılması ilə bağlı 3 gündür davam edən etirazlar vaxtı daha 6 əfqan və 2 ABŞ hərbçisi öldürülüb.

Ölkə boyu keçən çıxışlardan birində nümayişçilər şərqdəki ABŞ və Əfqanıstan qüvvələrinin bazasına hücum ediblər.

Xəbərlərə görə əfqan hərbçisinin formasında olan şəxsin atəşi nəticəsində iki ABŞ əsgəri öldürülüb.

Prezident Obama Əfqan lideri Həmid Karzaya məktubunda diqqətsizlik ücbatından baş verən olayla bağlı təəssüfləndiyini bildirib.

Təliban hərəkatı NATO qüvvələrinə "dərs vermək" üçün etirazların davam etdirilməsinə çağırıb.

Çərçənbə gün olayla bağlı iğtişaşlar 7 nəfərin ölümünə bais olub.

Amerika hərbçiləri Əfqanıstanın Baqram bazasında Quranın yandırılması ilə bağlı araşdırmanın keçirildiyini deyirlər.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.