bbc.co.uk navigation

İtaliyada nazirlərin gəlir deklarasiyası dərc olunub

Son yeniləmə: 22 fevral, 2012 - 13:34 GMT
İtaliya

İtaliya Baş naziri Mario Montinin texnokrat hökümətinin üzvləri özlərinin maliyyə vəziyyətləri barədə məlumatları aşkarlamağa başlayıblar.

Bu addım maliyyə şəffaflığının təmin edilməsi kampaniyası çərçivəsində atılıb.

Hökümətin vebsaytında nazirlərin gəlir deklarasiyaları dərc olunub.

Həmin deklarasiyalara hətta "Harley Davidson" motosikletləri və bağ evləri də daxil olunub.

Həmin məlumatlar dərc etdirən vebsayt dərhal əhali arasında populyarlıq qazanıb.

Sayt o dərəcədə populyar olub ki, böyük sayda istifadəçilərin sayta daxil olduğuna görə saytı işi "donub".

Məlumata görə, nazirlərdən biri, Paola Severino, ötən il 7 mln avro qazanıb, 4 mln vergi ödəyib.

Digər nazirlərin deklarasiyalarında müxtəlif növ mülk, o cümlədən, bağ evi, avtomobil və hətta Harley Davidson motosikleti göstərilib.

İstifadəçilərin Baş nazir Mario Montinin deklarasiyasına dərhal çıxış əldə etmə imkanı yoxdur.

BBC-in Romadakı müxbiri Alan Johnston qeyd edir ki, İtaliya hökümətinin bu addımı ölkədə böyük rezonansa səbəb olub.

İtaliya nazirlərinin deklarasiyalarından aydın olur ki, onlar ilə sərt qənaət rejimində yaşamalı olan İtalya əhalosinin əksər hissəsi arasında böyük və dərin uçurum mövcuddur.

Korrupsiya ilə mübarizə fəalları bu məlumatların dərc olunmasını alqışlayıblar. Onlar bu ənənin İtaliyada bütün siyasətçilər üçün qaydaya çevrilməsini arzulayıblar.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.