
İran baş çəkən müfəttişlər İran proqramının mümkün hərbi tərkibini müəyyən etməyə çalışırlar.
BMT Atom Energetikası Agentliyinin müfəttişləri Tehrandan cənubda yerləşən Parçin obyektinə buraxılmadıqlarını bildiriblər.
Agentlik Parçindəki obyektlə bağlı ikigünlük intensiv danışıqların heç bir nəticə verməyərək sona çatdığını vurğulayıb.
Müfəttişlər İran proqramının mümkün hərbi tərkibini müəyyən etməyə çalışırlar.
Tehran nüvə silahı əldə etmək niyyətində olduğu barədə ittihamları rədd edərək, proqramının sırf sülh təyinatlı olduğunu bildirir.
Ali dini rəhbər Əli Xamenei çərşənbə günü təkrarən deyib ki, ölkəsi nüvə silahı əldə etmək niyyətini güdmür.
BMT müfəttişləri yanvar ayında olduğu kimi, danışıqlar dövrəsini başa vuraraq razılaşma əldə etmədən geri qayıdırlar.
İran Parçinə baş çəkmək xahişimizi rədd edib, - deyilir BMT Atom Energetikası Agentliyinin başçısı Yukia Amanonun bəyanatında.
Ehtimal olunur ki, nüvə silahının inkişafı ilə bağlı sınaq partlayışları məhz Parçində keçirilib.
Tehran BMT bəyanatını şərh etməyib.
Fevralın sonunadək İranın nüvə proqramının dəyərləndirilməsi ilə bağlı BMT-nin yeni məruzəsi gözlənilir.
Ötən ilin noyabr ayında açıqlanan BMT sənədində İranda nüvə silahının inkişafına dəlalət edən sınaqların keçirildiyi qeyd olunur.
Bu bəyanat ardınca Amerika ilə Avropa İrana qarşı inqtisadi sanksiyalarını elan ediblər.
























