bbc.co.uk navigation

Homsda iki qərbli jurnalist öldürülüb

Son yeniləmə: 22 fevral, 2012 - 10:43 GMT
Marie Colvin və Remi Ochlik

Suriyanın Homs şəhərində atışma zamanı iki qərbli jurnalist öldürülüb.

Fəallar deyir ki, ABŞ və Fransa vətəndaşları olan jurnalistlər Baba Əmr ərazisində media mərkəzi artilleriya atəşinə tutularkən həlak olublar.

Bir neçə digərləri öldürülüb və yaralanıb - fəallar belə deyir.

Müxalifətin Homsda tutulduğu ərazilər iki həftədir ki, təhlükəsizlik qüvvələrinin mühasirəsindədir. Yüzlərlə insanın öldüyü bildirilir.

Fəallar çərşənbə axşamı 40-dan artıq insanın, o cümlədən məhşur Rami əl-Sayedin öldüyünü deyiblər. əl-Sayed Homsdan canlı video yayımlayırdı və dünya mediası həmin videolardan istifadə edirdi.

Fransalı jurnalist Gilles Jacquier yanvarın 11-də, hökumətin təşkil etdiyi səfərlə Homsda olarkən öldürülüb.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.