bbc.co.uk navigation

Yunanıstan yardım paketini alacaq

Son yeniləmə: 21 fevral, 2012 - 10:48 GMT
Avrozona rəsmiləri

Yunanıstana dair qərar 13 saatlıq müzakirələrdən sonra qəbul olunub.

Bu barədə qərar gecə boyu Brüsseldə davam edən Avropa İttifaqı maliyyə nazirlərinin görüşündə əldə olunub.

Martın 20-dək yardımın ayrılmadığı təqdirdə Yunanıstan müflis elan oluna bilərdi.

130 milyard avro həcmində maliyyə yardımının ikinci hissəsi əvəzində Afina ümmumdaxili məhsulun 160 faizinə çatan dövlət borcunu 40 faizədək ixtisar etməlidir.

Afina gözlənildiyindən daha sərt büdcə kəsiri aparmalı olacaq, bildirir BBC-nin Brüsseldəki müxbiri Stephen Evans.

2010-cu ilin əvvəlində ayrılan 110 milyard avro dəyərində ilk yardım paketi böhranın dərinləşməsinin qarşısını almaq üçün kifayət olmayıb.

Brüsseldəki görüş ardınca maliyyə bazarlarında avronun məzənnəsi artıb.

Avrozona

Qərarı elan edən Luksemburqun baş naziri Jean-Claude Juncker deyib ki, maliyyə yardımı Yunanıstanın vahid valyuta zonasında gələcəyini təmin edəcək.

Təhlilçilərə görə yardım Yunanıstanın qısa müddətli maliyyə ehtiyaclarını qarşılasa da, güman ki, iqtisadiyyatı canlandırmağa qadir deyil.

Sövdələşmədən belə çıxır ki, Yunanıstana kredit ayırmış fərdi investorlar borclarını tam həcmdə geri qaytara bilməyəcəklər.

İndiyədək sərt qənaət tədbirləri siyasəti proqnozlara rəğmən iqtisadi canlandırılmaya gətirməyərək etirazlara səbəb olub.

Ötən həftə təsdiq olunan parlament qərarı təqaüd və məvaciblərin 3.3 milyard avroyadək ixtisarını nəzərdə tutur.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.