
İsveçdə 2 aya yaxın qar altında qalmış 45 yaşlı kişi xilas edilib.
Polisin məlumatına görə, 2 ay qarın altında ilişib qalmış avtomobil ötən cümə günü İsveçin şimalındakı əsas magistral yoldan 1 km məsafədə, meşə cığırının qurtaracağında tapılıb.
Polis bu yaxınlarda həmin ərazidə temperaturun -30C-dək endiyini bildirmişdi.
Söz deməyə taqəti olmayan 45 yaşlı kişi deyib ki, o, qarın altında avtomobilində dekabrın 19-dan qalıb.
Qarım altından xilas edilmiş isveçli bütün bu müddət ərzində yalnız qar ilə qidalanıb, və həkimlərin qənaətinə görə bunun hesabında sağ qala bilib.
Polis bildirib ki, xilas olunanın danışdığı əhvalata etibar etməmək üçün bir əsas yoxdur.
Adı çəkilməyən xilas edilmiş 45 yaşlı isveçli hazırda Umea Universiteti xəsətəxanasında müalicə-bərpa kursu keçir. Taqətdən düşmüş qar əsiri çox çətinliklə danışır.
Maşınında 2 aya yaxın soyuqdan yuxuya getmiş kişini yaxınlıqdan keçən motoxizəkçilər aşkar ediblər.
Milad bayramı vaxtından maşını ilə birlikdə qalın qar örtüyü altında qalmış bu insanın 2 ay ərzində qida qəbul etmədən sağ qalmasını həkimlər. onun yuxuya getməsilə izah edirlər.
Onu müayinə edən həkimlər insanların adətən qida qəbul etmədən uzaqbaşı 4 həftə yaşamaq imkanları olduğunu deyirlər.
Kişinin ara-sıra qar yeməsi və ayıtək dərin yuxuya getməsi onun belə şaxtalı havada sağ qalmasına səbəb olduğu güman edilir.
İ
























