
Neft qiymətləri son 8 ayın rekordunu vurdu.
İranın nüvə proqramı ətrafında artan gərginlik neftin qiymətinin ötən ilin iyun ayından bəri ən yüksək həddə çatmasına səbəb olub.
Neftin Brent markasının 1 aylıq fyuçers qiyməti bazar ertəsi $1.14 artaraq $120.72 təşkil edib, ABŞ Light yüngül sort nefti $1.93 artaraq $105.17 təşkil edib.
Bazar günü İranın neft nazirliyi bildirib ki, İran Britaniya və Fransaya neft satışını dayandırır.
Tehran bu addımını iyulun 1-dən İrana qarşı qüvvəyə minəcək neft embarqosu qərarı ilə əsaslandırıb.
İran neft ixracının həcminə görə dünyanın 5-ci ölkəsi sayılır.
Təhlilçilərin sözlərinə görə, neft qiymətinin artımına səbəb Avropa İttifaqı ölkələrinin yeni neft təchizatçıları, İranın isə yeni alıcılar axtarması olub.
Digər tərəfdən ABŞ və Çin iqtisadiyyatında tənəzzüldən sonra artımın başlaması da neftin qiymətinin artmasına səbəb ola bilər.
ABŞ dünyada ən iri neft istehlakçısıdır.
Neftin bahalaşmasına eləcə də Avropada kəskin soyuq hava şəraiti və Asiya ölkələrində iqtisadi artım da ola bilər.
Eyni zamanda Cənubi Sudan və Suriyada neftin nəqli ilə bağlı çətinlikləriin yaranması və hazırda bu mənbələrdən Avropaya neft təchizatının kəsilməsi də qiymətin qalxamısında öz rolunu oynaya bilərdi.
























