bbc.co.uk navigation

Dunay çayında əriyən buz Belqradda yüzlərlə qayığı batırıb

Son yeniləmə: 20 fevral, 2012 - 17:32 GMT
Dunay çayında əriyən buz Belqradda yüzlərlə qayığı batırıb

Dunay çayında buzun əriməsi, və buz parçalarının yaratdığı xaos nəticəsində Belqradda qayıqlar, üzən gəmi-restoranlar və ponton körpülər dağılıb.

Son həftələr ərzində kəskin soyuq hava şəraiti nəticəsində Avropanın ən böyük çayını qalın buz örtüyü bağlamışdı.

Lakin bazar günündın başlayan havanın temperatur artımı nəticəsində buz sürətlə əriməyə başlayıb.

Paytaxt Belqradda qayıqlar biri birinə çırpılıb, xəsarət alanlar barədə xəbər yoxdur.

Qayıq sahiblərdən biri deyib ki, buz elə böyük sürətlə hərəkət etməyə başlayıb kı, qayıqları xilas etmək mümükün olmayıb.

Onun təbirincə, Dunay çayında buzun əriməsi nəticəsində dəyən ziyanın miqyası "100 minlərlə avro məbləğində ölçülür".

Digər qayıq sahibi Mihaylo Svilariç deyib ki, Dunay çayındakı qayıqlardan yalnız çox az sayda, təxminən 100-ə yaxın qayıq salamat qalıb, və onları Belqradın "Kapetanya" tərsanəsinə toplayıblar.

Çay sularıyla sürətlə axan buz qırıntıları, çör-çöp, dağıntı yüzlərlə metr məsfə hərəkət edərək, qayıqları lövbərlərindən qıraraq aparıb, onların bir qismini sahil xəttinə vurub atıb.

Yerli medianın yazdığına görə, Belqradın fövqəladə hallar xidməti şəhərin körpülərinə və digər infrastruktura buzun əriməsi nəticəsində zərərəin dəyməyib.

Belgrade

Belgrade

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.