
Britaniyanın xarici işlər naziri deyib ki, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə Soyuq müharibəyə təkan verə bilər.
Britaniyanın Daily Telegraph qəzetinə müsahibəsində William Hague deyib ki, Tehran nüvə silahı inkişaf etdirərsə bölgənin digər ölkələri də ona sahib olmaq istəyəcək ki, SSRİ - ABŞ təhlükəsizlik mexanizmləri xaricində beynəlxalq münasibətlərdə fəlakətə çevrilə bilər.
Qərb Tehranın nüvə silahı əldə etmək niyyətində olduğundan şübhələnir. İran yalnız sülh təyinatlı proqrama malik olduğunda israrlıdır.
Britaniyanın baş diplomatının şərhi Yaxın Şərqdə gərginliyin artmasına təsadüf edir.
Hucüm
İsrail İranı Tailand, Hindistan və Gürcüstandakı səfirliklərinə qarşı Klikləyin hücumların təşkilində suçlayıb. Tehran iddiaları rədd edir.
Fevral ayının əvvəlində Amerika prezidenti Barak Obama İran mövzusunda İsraillə Klikləyin yaxından işlədiyini deyib.
Hərçənd ki, bəzi təhlilçilərə görə səhnə arxasında Ağ Ev İsrailin aprel ayında İrana zərbə endirəcəyi ilə bağlı məlumatlardan narahatdır.
Cümə günü Amerika ilə Avropa İttifaqı İranla danışıqların bərpası ehtimalına dair nikbinlik ifadə edib.
İranın nüvə proqramı ilə bağlı aparılan altı tərəfli danışıqlar ötən il dalana girib.
ABŞ İranı masa arxasına qaytarmaq məqsədi ilə ona qarşı sanksiyaların sərtləşdirilməsinə çağırır.
























