bbc.co.uk navigation

Liviya - Qəddafisiz bir il

Son yeniləmə: 17 fevral, 2012 - 16:14 GMT
Benqazi

Liviyada polkovnik Qəddafini devirən üsyanların başlamasından bir il keçir. Qəddafisiz azad həyat yaşadıqlarını deyən bir çox liviyalılarla yanaşı, hələ də böyük gözləntiləri olanların sayı da az deyil.

Misrata yaxınlığındakı məhəllələrdən birində, yol kənarında bir afişa gözə dəyir.

Buradakı işyerlərinin topladığı pul hesabına hazırlanan afişada bu sözlər yazılıb: “Sabahdaha gözəl olacaq”.

Bu, bir çox İslam ölkələrində olan xoşniyyətlikdirmi? Yoxsa Müəmmar Qəddafini devirən üsyanların başlamasından bir il sonra xəyal qırıqlığı və həyata keçməmiş arzuların olmasının etirafımı?

Şüarın köhnə düzəni devirməyin gətirdiyi böyük bir qürur hissi ifadə etməsinə şübhə yoxdur. Küçələrdə bayram keçirən insanlara kameramızı çevirir-çevirməz sevinclərini bölüşürlər: “Liviya azaddır!” deyərək öyünürlər.

Tripoli Post qəzetinin yazarlarından Gada Mahfud bu həftə “Liviyalıların ağıl və ürəklərindəki qara buludlardan” danışıb. Mənim söhbət etdiyim bir çox insan da belə hiss etdiklərini anlatdı.

Bir çoxları bu kimi düşüncələrini açıqca dilə gətirməyəcəklərini söyləyirlər. Bu, ifadə azadlığı ilə bağlı sual işarələri yaradan bir nöqtədir.

Elektrikin tez-tez kəsilməsindən yanıqlı bir liviyalı “belə şeylər inqilabdan öncə olmazdı. Qəddafi və tərəfdarları istisna olmaqla, Liviyada hər şey yolunda idi”

Xaricilərin narahatlığı

Bir çox liviyalının “sabah daha gözəl” olacaq ümidini bir çox liviyalı paylaşsa da, inqilabı xaricdən dəstəkləyənlər arasında narahatlıq var.

Avropalılar Sərhədsiz Həkimlər, Human Rights Watch kimi insan haqları təşkilatlarından gələn və işgəncələrdən bəhs edən hesabatlara görə daha artıq narahatlıq keçirirlər. Açıq danışaq – bunlar adi liviyalının gündəlik həyat qayğılarının ön sırasında deyil.

Xalqı ən çox düşündürən məsələlər - iqtisadiyyatdakı durğunluq, mərkəzi hökumətin iflic halı və qanun və asayiş cavabdehliyinin silahlı qrupların əlində olmasıdır.

Xarici hökumətlər ötən günlərdə Liviya hökumətinə aid və xarici banklarda dondurulmuş 60 milyard dolları sərbəst buraxıb. Neft istehsalı yenidən artmağa başladığı üçün ölkəyə gələn gəlirlər də yüksəlir.

İnsanlar ölkənin bu qədər pulu varkən işsizliyin nədən artması və dövlətin yüzlərlə inşaat layihəsini hələ nədən həyata keçirmədiyini soruşurlar.

Bu suallara cavab almaq insanların işi çətindir. Ölkə hələ də inqilab dövründə fəaliyyəti koordinasiya edən müvəqqəti hökumət tərəfindən idarə olunur.

Onun yayda keçiriləcək seçkilər zamanı siyasət səhnəsindən çəkiləcəyi gözlənilir. O zamanadək isə heç kəs böyük layihələrə başlamaq istəmir.

Ölkə yalnız bir şəxsiyyətə pərəstiş etdirən diktaturadan, heç bir şəxsiyyətin təsir göstərmədiyi kollektiv idarəetməyə qədəm qoydu.

Cəmiyyətə aid məsələlərdə müxalifətçilik isə bəzi öndə gələn insanların öldürülməsi və silahlı qrupların sərbəst şəkildə fəaliyyət göstərməsindən ibarətdir.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.