bbc.co.uk navigation

Charlie Chaplin Kommunist Partiyasının üzvü olmayıb

Son yeniləmə: 17 fevral, 2012 - 14:06 GMT
Chaplin

Britaniya Kəşfiyyat İdarəsi Mİ5 Amerikanın xahişilə film ulduzu Charlie Chaplinin kommunist olub-olmadığını araşdırıb. Istintaq zamanı aktyorun doğum şəhadətnaməsi tapılmayıb.

Chaplin haqqında araşdırma aparılması xahişi 1952-ci ildə ABŞ tərəfindən edilmişdi. O zaman ABŞ Chaplinin kommunistlərə rəğbət bəsləyən biri olduğunu sübut etməyə çalışırdı.

Yeni açılmış arxiv sənədlərinə görə, MI5 aşkar edib ki, Londonda böyüyən və sonralar ABŞ-a köçən aktyorun sadəcə solçulara rəğbəti varmış, amma bu sahədə heç bir fəaliyyət göstərməyib.

Chaplin Londonda film premyerasında iştriak etdikdən sonra ona geri ABŞ-a qayıtmağa icazə verilməmişdi.

Mİ5 hesab edir ki, Chaplin solçulara rəğbət bəsləsə də, təhlükəli adam deyildi. Ancaq Mİ5 onun 1889-cu ilə aid doğum haqqına şəhadətnaməsini tapa bilməyib. Bu isə aktyorun Londonda doğulmadığına dair spekulyasiyalar yaradıb.

Ancaq Chaplinin rəsmi bioqrafı David Robinson deyir ki, Britaniya tarixinin həmin dövründə heç də bütün doğumlar qeydə alınmırdı.

Amerika onun geri qayıtmasına etiraz etdikdən sonra, Chaplin İsveçrəyə köçüb və 1977-ci ildə orada vəfat edib. Son iki filmini Londonda çəkib.

Chaplin yalnız 1972-ci ildə ABŞ-a qayıdıb və Oscar mükafatını alaraq geri dönüb.

Milli Arix idarəsindən Ed Hampshire deyir ki, Amerika və Britaniya Chaplinin həyatında fərqli nüanslar axtarırdı.

“Amerika Chaplinin Kommunist partiyasının üzvü olub olmadığını bilmək istəyirdi. Bu ABŞ üçün mühüm idi”.

Onun sözlərinə görə, Britaniya üçün məsələnin mühüm tərəfi onun partiya üzvü olub-olması yox, təhlükə yaradıb-yaratmaması idi.

“Onun partiya üzvü olması və ya təhlükəsizliyə risk olmasına dair heç bir sübut tapa bilməyiblər”.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.