bbc.co.uk navigation

Honduras həbsxanasında yanğın şəkillərdə

Son yeniləmə: 16 fevral, 2012 - 14:17 GMT
  • Honduras həbsxanasında yanğın
    Hondurasın mərkəzindəki Comayagua həbsxanasında güclü yanğın nəticəsində 300 məhbus ölüb və onlarla məhbus yaralanıb.
  • Honduras həbsxanasında yanğın
    Qurbanların çoxu açarlar tapılmadığından öz kameralarında yanıb, yanğınsöndürənlər belə deyir. Digər məhbuslar öz hücrələrindən vaxtında buraxılıblar və həbsxana binasından çıxarılıblar.
  • Honduras həbsxanasında yanğın
    Yaralıların bəziləri Honduras paytaxtı Tegucigalpaya müalicə üçün çatdırılıb. Onlardan 30-da ciddi yanıqlar var.
  • Honduras həbsxanasında yanğın
    Yanğınsöndürənlər deyir ki, onlar həbsxanaya daxil olmaqda çətinlik çəkiblər. Yanğının məhbusların üsyanı, yoxsa elektrik xəttində nasazlıq ucbatından başlamasına dair istintaq aparılır.
  • Honduras həbsxanasında yanğın
    Kriminal xilasetmə işçilərinin əsas işi cəsədləri ərazidən çıxarmaq olub.
  • Honduras həbsxanasında yanğın
    Yanğın həbsxananın içərisinə güclü ziyan vurub. Ölüm hallarının sayının arta biləcəyi ehtimal olunur.
  • Honduras həbsxanasında yanğın
    Rəsmi həlak olan məhbusların adlarını bayırda gözləyən izdihama oxuyur.
  • Honduras həbsxanasında yanğın
    Doğmalarını itirən insanları ovutmaq mümkün olmayıb.
  • Honduras həbsxanasında yanğın
    Yaxınları haqda xəbər almaq istəyənlər həbsxanaya girməyə cəhd göstərib. Polis həbsxana binasına hücum edən izdihamı durdurmaq üçün göyə atəş açıb.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.