
Britaniyanın Essex ərazisinin Dedham məntəqəsində bir kişi Stour çayında buz parçaları arasında ilişib qalan iti xilas edib.
Bunun üçün həmin adam alt paltarınadək soyunaraq buz bağlamış çayın üzərində, naziq buz qatı ilə sürünərək itəçatıb.
Bu zaman, təxminən yolun yarısında, həmin adam hətta suya da düşüb, lakin yenidən buzun üzərinə dırmaşmağa müvəffəq olub.
Nəticədə itə çataraq zavallı heyvanı xilas edib, və sahilə çıxara bilib.
Ətrafdakılar hərəkətini təəcübblə və tənqidlə qarşılayıb.
Şahidlərin sözlərinə görə, həmin kişi alt paltarı, alt tumanından başğa bütün diqər paltarlarını soyunaraq. donmuş çaya tərəf gedib. buza çataraq. büzün üstündə sürünərək, itin istiqamətində hərəkət edib.
Elə sürünərək də it ilə sahilə dönüb.
Essex xilasetmə rəsmiləri itə görə insanın bu cür riskə getməsini ağılsız və olduqca təhlükəli hərəkət kimi qiymətləndiriblər.
Beləki, yanğınsöndürmə xidmətinin təmsilçisi deyib ki, "adətən itlər buzlu sudan, donmuş çaydan sahilə çıxmağa nail olurlar, lakin insan buzlu suya düşəndə. cəmi bir neçə dəyqə tab gətirə bilir, onun xilas olunmağa şansları cüzidir".
























