bbc.co.uk navigation

Zebralar niyə zolaqlıdır?

Son yeniləmə: 9 fevral, 2012 - 14:17 GMT
Zebralar

Zebraların niyə qara və ağ zolaqlıdır? Alimlər deyirlər ki, indi bu suala cavab tapıblar.

Journal of Experimental Biology dərgisində açıqlanan və macar alimləri tərəfindən aparılmış tədqiqata görə, zebraların üzərindəki xətlər onları milçəklər üçün qeyri-cəlbedici etdiyindən təkamül nəticəsində bu heyvanlar ağ və qara zolaqlıya çevrilib.

Alimlər düşünür ki, zebraların ulu babaları qara rəngli olub, onlardan bəzilərinin üzərində mutasiya nəticəsində yaranmış ağ zolaqlar olan hissəni milçəklər dişləyə bilməyib. Daha sonra zebraların ağ zolaqlı nəsli dominant olmağa başlayıb və nəticədə indi onların hamısı ağ-qara zolaqlıdır.

Bir çox at nəslindən olan heyvanları dişləyən və xəstəlik daşıyan milçəklər zebralara toxuna bilmir.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.