
Fabio Capellonun istefası aparıcı futbolçulardan olan Cohn Terry-nin yığmanın kapitanlığından məhrum edilməsindən sonra elan olunub.
Terry-nin kapitan qalmasında təkidli olan baş məşqçinin İngiltərə Futbol Asossiyasiyanın rəhbəri David Bernsteinlə görüşü olub.
Bir saat ərzində davam edən görüşdə Capellonun istefasının qəbul olunması nəticəsində o İngiltərənin baş məşqçisi vəzifəsini dərhal tərk edəcək, - deyilir Futbol Asossiyasının açıqlamasında.
Fabio Capello İngiltərə milli yığma komandasına 2008-cu ildən rəhbərlik edib.
John Terry futbolçu Anton Ferdinanda qarşı irqçi ifadələr işlətməkdə ittiham olunaraq iyul ayında məhkəmə qarşısına çıxarılacaq.
Terry ittihamları rədd edir.
























