
Bəzi iqlim alimləri mərkəzi Avropanın böyük hissəni bürüyən güclü və davamlı soyuqları Arktika buzlarının əriməsilə izah edirlər.
Potsdam institutu alimlərinin fikrincə, Barens və Kars dənizlərində böyük buz massivlərinin əriməsi Arktik antisiklon yaradıb və o, qitənin böyük hissəsini bürüyüb.
Avropaya düşən güclü soyuqlar artıq 350 insanın həyatına son qoyub.
İqlim alimləri belə nəticəyə gəlib ki, Arktika buzlarının intensiv əriməsi hava sistemlərinin mürəkkəb mexanizminə dəyişiklik edir və antisiklon yaradır.
Rusiyaya daxil olan bu yüksək təzyiq Arktik hövzədən və Sibirdən Mərkəzi və Qərbi Avropaya soyuq küləklərin axmasına yol açıb.
























