bbc.co.uk navigation

İranla müharibə ehtimalına Amerikadan baxış

Son yeniləmə: 8 fevral, 2012 - 11:45 GMT
Barak Obama

Obama administrasiyası İsraillə yaxından işlədiyini bildirir.

Vaşinqtonun siyasi dairələrində İranın nüvə obyektlərinə mümkün İsrail zərbəsindən narahatlıq getdikcə artmaqdadır.

BBC-nin Şimali Amerika redaktoru Mark Mardell Vaşinqtonun xeyir-duası olmadan İsrail həmləsinə yanaşmaları nəzərdə keçirib.

Barak Obama administrasiyasından fərqli olaraq seçki ərəfəsində prezidentliyə namizəd Mitt Romney düşərgəsində İsrailin mümkün həmlə məsələsinə münasibət birmənalıdır: Tel-Avivin dəstəklənməsində hər bir tərəddüd qeyri-vətənpərvərdir.

“İsraili dövləti qarşısında bizim öhdəliyimiz var. Biz və müttəfiqimiz İsrail arasında heç bir fərq yoxdur”, - deyir Mitt Romney.

"Əgər İran körfəzdə Amerikanın hərbi hədəflərinə və yaxud da Səudiyyədəki neft sənayesinə həmlə endirərsə, ABŞ böyük bir ehtimalla müharibəyə cəlb edilmiş olacaq"

Cliff Kupchan, Eurasia group

Amerikada müdafiə naziri də daxil olmaqla İsrailin hücum etmək mərhələsinə yaxın olduğu söylənilir.

Deyilir ki, İranın nüvə proqramının əlçatmaz durumuna daxil olmasınadək 1 il qalır.

Bundan sonra hər-hansı hücum onun inkişafına ciddi təsir göstərməyəcək.

Bəziləri belə bir qənaətdədirlər ki, Amerika İsrailin planlarından bixəbər saxlanılır.

Narahatlıq

Sabiq Dövlət Departamentinin rəsmisi və hazırda qlobal risklərin araşdırılması üzrə Eurasia qrupunun əməkdaşı Cliff Kupchan deyir ki, indiki administrasiya yerinə olsaydı ciddi narahatlıq keçirərdi:

“Bu Amerikanı daha bir arzuolunmaz müharibəyə yaxınlaşdıraraq Obamanı çox çətin vəziyyətdə qoyur. Əgər İran körfəzdə Amerikanın hərbi hədəflərinə və yaxud da Səudiyyədəki neft sənayesinə həmlə endirərsə, ABŞ böyük bir ehtimalla müharibəyə cəlb edilmiş olacaq”.

"5-6 milyondan ibarət yəhudi icmasının kiçik olmasına rəğmən o maliyyə, AİPAC kimi təşkilatların imkanları və media təsiri baxımından inanılmaz dərəcədə nüfuzludur"

Michael Scheuer, sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı

Prezident Obama İsrailin müharibə barədə qərar qəbul etmədiyini deyərək Tel-Avivlə yaxın əməkdaşlıq edildiyini bildirib.

Bununla yanaşı xəbərlərdə göstərilir ki, pərdə arxası danışıqlarda ABŞ İsraili hücumdan yayınmağa səsləyir.

Sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Michael Scheuer ABŞ xarici siyasətinin tənqidçilərindən biridir.

"Yaşıl işıq"

Onun qənaətincə İsraillə yaxın əlaqələr Amerikanın maraqlarına cavab vermir.

“Amerikada hər iki partiya İsrailin təsiri altındadır. Hər iki partiyadan olan Amerika prezidentləri üçün, xüsusilə də seçkilər ərəfəsində, İsrailə yox cavabını, vermək olduqca çətindir. 5-6 milyondan ibarət yəhudi icmasının kiçik olmasına rəğmən o maliyyə, AİPAC kimi təşkilatların imkanları və media təsiri baxımından inanılmaz dərəcədə nüfuzludur”.

Michael Scheuer deyir ki, müharibənin başlanılması təqdirdə bu İslam dünyasında Amerikanın İsrailə açıq və yaxud da üstü örtülü şəkildə “yaşıl” işığın verilməsi kimi qarşılanacaq.

Digər tərəfdən müharibə barədə məlumatlar sanksiyalarla üzləşən ölkələri alternativ çözümlər haqqında düşünməyə sövq edən amildir.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.