
Avstryialı macəraçı Felix Baumgartner göyün kosmos yüksəkliyindən Yerə sərbəst tullanış etməyə hazırlaşır.
Dəliqanlı böyük yüksəkliklərdən tullanma həvəskarı ( skydiver) bu il rekordlar vurmaq planlarını açıqlayıb.
Felix Baumgartner balonla 36.5km hündürlüyünə qalxaraq oradan özünü yerə atmaq niyyətindədir.
Əgər onun xüsusi geyimi tullanış zamanı germetikliyini itirsə, o zaman, skydiver huşunu itirə bilər.
Skydiver yerə sərbəst düşdüyü zaman onun sürətinin səsin sürətini aşaçağı ehtimal edilir.

Beləliklə, Felix Baumgartner bəşəriət tarixində səs sürətindən tez hərəkət edən ilk insan ola bilər.
Buna qədər Felix Baumgartner müxtəlif uca yüksəkliklərdən sərbəst tullanıb, və onun bu sahədə böyük təcrübəsi var.
Gözlənilən hadisəni təşviq edən videoçarxda Felix Baumgartner bildirib ki, bütün keçirilmiş sınaqlar uğurla nəticələnib.
"Bu o deməkdir ki, mən bu məsələnin öhtəsindən gəlməyə qadirəm", Felix Baumgartner deyib.
Bu tullanışı həyata keçirmək üçün, pilotun xüsusi geyimi olmalıdır. Həmin xüsusi geyim astronavtların geyiminə bənzəyir.
Felix Baumgartnerin təbirincə geyimin də sınaqları uğurla başa çatıb.
Mütəxəssislər deyir ki, pilotun geyimi germetikliyini itirsə skydiverin organizmindəki mayeli maddələr, o cümlədən, göz almasındakı maye və ağız nahiyyəsindəki mayeli maddələr qaynama vəziyyətinə keçə bilərlər.
Skydiverin geyimi eləcə də onu kosmik şaxtadan ( -70C) qorumalıdır, və səs sürəti baryerini aşan zaman yaranacaq qüvvələrə tab gətirməlidir.
























