bbc.co.uk navigation

Lady Gaga dünya turuna çıxır

Son yeniləmə: 7 fevral, 2012 - 16:25 GMT

Lady Gaga dünya turnesinin təfərrüatlarını açıqlayıb.

Müğənni The Born This Way Ball turu üçün səhnə planının şəklini çərşənbə axşamı öz Twitter hesabında açıqlayıb.

Əsas səhnədə böyük qəsr yer alacaq və auditoriyayadək uzanan yeriş platformaları qurulacaq.

Lady Gaga tamaşaçılarına yazıb: "Çox həyəcanlıyam. İstehsal komandası çox gərgin işləyib, sizin bunları görməyinizi səbirsizliklə gözləyirəm".

Əsl adı Stefani Germanotta olan 25 yaşlı müğənni 2012-2013-cü illərdə canlı şoularının keçiriləcəyini deyib.

"Yeni turumun dizaynı barədə ətraflı məlumat üçün onu deyim ki, səhnənin mərkəzi divin quyusu kimi tanınacaq" - o, Tvitterdə yazıb.

"Kiçik divlər arenaya çıxacanda div quyusu açılacaq" - o deyib.

Müğənni kiçik divlər deyəndə pərəstişkarlarını nəzərdə tutur.

O deyib: "Div quyusuna giriş hamıdan öncə gələn, bütün gecəni gözləyən və bal geymində çıxan pərəstişkarlar üçün açıq olacaq".

Madonna

Madonna da dünya turuna çıxacaq.

Bu arada isə Madonna da növbəti dünya turunun tarixlərini açıqlayıb. O, konsertlərə may ayında İsraildən başlayacaq.

53 yaşlı ulduz Böyük Britaniyada iki konsert verəcək. Onun tur siyahısında Cənubi Amerika və 20 ildir ki, çıxış etmədiyi Avstraliya da var.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.