
İsrailin aparıcı həmkarlar ittifaqı federasiyası ümummilli tətil elan edib. Tətilin hədəfi hökümət idarələri, banklar, aeroportlar, limanlar və dəmiryol xəttlərinin işinə təsir göstərməkdir.
Histadrut adı ilə tanınan federasiyanın rəsmiləri bildiriblər ki, etiraza səbəb həmin sahələrdə az məvacibə və az mükafata işləməyə razı olan xarici işçi qüvvəsindən istifadə edilməsidir.
Maliyyə naziri Yuval Steinitz deyib ki tətilə ehtiyac yoxdurvə bu tətilə iqtisadiyyata zərbə vuracaq.
İsrail Ticarət Palatasının təxminlərinə görə tətilin hər bir günü iqtisadiyyata $100 mln məbləğə başa gələcək.
Ötən gün İsrail məhkəməsi Ticarət Palatasının etiraz iddiasını rədd edərək, bildirib ki, məhkəmənin bu məsələyə müdaxilə etməsinə əsas yoxdur.
Bugünkü tətil nəticəsində İsrailin Tel-Aviv şəhərinin Ben-Gurion beynəlxalq aeroportunun işi, Tel-Aviv birjası, liman və dəmir yollarının işi saxlanılıb.
Histadrut federasiyası bildirb ki, hökümət idarələrində işləyən 250000-dək xarici işçilər üçün də tam bərabər hüquqlu əmək müqavilələrinin bağlanmasını istəyir.
Həmkarlar İttifaqı hesab edir ki, həmin işçilərlə hökümət əmək agentlikləri vasitəsilə yox, birbaşa müqavilələr bağlamalıdır.
























