bbc.co.uk navigation

Hindistan: iş yerində pornoya baxan rəsmilər istefaya çıxıb

Son yeniləmə: 8 fevral, 2012 - 12:53 GMT
Etiraz

Cənubdakı Karnataka ştatının məclisinin iclası vaxtı pornoklipə baxmaqda suçlanan yerli hökumətin 3 naziri istefaya çıxıb.

Rəsmilərdən biri qadın və uşaqların inkişafı üzrə nazirliyə başçılıq edib.

Məclisin iclası gedərkən nazirlərdən birinin iddia edilən klipi telefonla izlədikdən sonra həmkarına ötürdüyünü əks etdirən süjet televiziya ilə nümayiş etdirilib.

Televiziya xəbərindən qəzəblənən sakinlər ştatın paytaxtı Banqalor şəhərindəki nazirlərin evlərin qarşısında istefa tələbi ilə mitinq keçirib.

Hər 3 rəsmi iddiaları rədd edir.

Vəzifədən çıxan nazirlərin məxsus olduğu BJP partiyası baş verəni rüsvayçılıq kimi dəyərləndirib.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.