
M.I.A televiziya efirində işarəni göstərib.
Amerika teleşirkəti müğənni M.I.A-nın futbol üzrə çempionatın final matçının efirində orta barmağını göstərməsi üçün üzr istəyib.
Lakin görəsən bu işarə nə deməkdir. Və o niyə təhqir kimi qəbul olunur. Bu suallara BBC müxbiri Daniel Nasaw cavab tapmağa çalışıb:
Belə bir vəziyyəti təsəvvür edin.
Məşhur intellektual boş-boğaz siyasətçinin nitqi ilə razılaşmayaraq orta barmağını nümayiş etdirərək, bu böyük demaqoqdur deyir.
Bu səhnə Londonla Nyu Yorkun televiziya tok-şoularında yox qədim Afinada baş verib.
Tarixçilərə görə eramızdan əvvəl Diogen ifadələrini məhdudlaşdırmayaraq orator Demosfenə məhz bu işarə ilə münasibətini bildirib.
Belə bir nəticəyə gəlmək olar ki, orta barmağını qaldırmaq jesti 2 mindən artıqdır ki, istifadə olunur.
Tarix
"Bu işarə bizim və digər ölkələrin gündəlik həyatında öz yerini tapıb. O etiraz, qəzəb, həyəcan kimi bir sıra başqa şeyləri ifadə edir."
İra Robbins, Vaşinqton Universitetinin professoru
Bu bizə məlum olan ən qədim işarələrdən biridir, - deyir antropoloq Desmond Morris.
Qədim romalılar orta barmağa dair digitus impudicus yəni təhqiramiz, ədəbsiz barmaq ifadəsini işlədib.
Eramızdan əvvəl yazılan şair Martsialın qələminə məxsus epiqram qəhrəmanlarından biri bərk səhhəti ilə lovğalanaraq həkimlərə orta barmağını göstərir.
Tarixçi Tatsit alman tayfalarının irəliləyən romalı əsgərlərə eyni işarəni göstərdiyini yazır.
Lakin bundan əvvəl yunanlar bu jesti kişi cinsi orqanlarına işarə olaraq istifadə ediblər.
Bu dramaturq Aristofanın Buludlar əsərində əksini tapıb.
Antropoloqun sözlərinə görə, Amerikada ədəbsiz jest, ola bilsin ki, italiyalı emiqrantlarla peyda olub.

Tarixçilərə görə Dioqen orator Demosfenə münasibətini məşhur işarə vasitəsilə bildirib.
İşarəni ilk dəfə 1886-cı ildə beysbol oyunçularının rəqib komanda ilə çəkdirdiyi şəkildə görmək olar.
Mədəniyyətlərdə qavranma
Fransızlarla ruslar buna bənzər öz işarələrinə malikdir.
O, fransızca "bras d'honneur" (qeyrət əli) adlanır ki, 90 faiz dərəcəli qatlanmış qolun dirsəyinin üzərinə ikinci əlin qoyulması ilə göstərilir.
Hərçənd ki, məşhur işarənin təhqiramiz mənası artıq mədəni, linqvistik və milli sərhədləri keçib və onu dünya boyu etiraz aksiyaları, futbol matçları və rok-konsertlərlə görmək olar.
Ötən ilin dekabr ayında Liverpool klubunun hücumçusu Suarez uduzduğu Fulham klubunun azarkeşlərinə orta barmağını göstərdiyinə görə cəzalandırılmışdır.
2004-cü ildə kanadalı millət vəkili həmin işarə ilə parlamentdəki çıxışına mane olan həmkarına münasibətini bildirərək qaba hərəkətdə suçlanıb.
Mən, belə deyək, bu yolla onun hərəkətləri ilə razı olmadığımı bildirdim, - deyib jurnalistlərə Deepak Obhrai.
Bu hadisədən iki il keçmiş müğənni Britney Spears onu guya ki, təqib edən fotoqraflara orta barmağını göstərib.
Hərçənd ki, musiqiçi jestin onlara ünvanlandığını düşünən pərəstişkarları qarşısında üzr istəməli olub.
Orta barmaq öncədən fallos simvolu olsa da öz ilk mənasını artıq itirərək, əvvəlkidək ədəbsiz kimi qəbul olunmur, deyir cinayət hüququ tarixində işarələrin rolunu araşdıran Vaşinqton Universitetinin professoru İra Robbins:
Bu işarə bizim və digər ölkələrin gündəlik həyatında öz yerini tapıb. O etiraz, qəzəb, həyəcan kimi bir sıra başqa şeyləri ifadə edir.
























