
Charles Dickens-in 200 illik yubileyi münasibətilə keçirilən qlobal mərasimlərə Uels Şahzadəsi Çarlz və onu xanımı, Kornvol Qrafinyası rəhbərlik edib.
Şahzadə Çarlz Westminster Abbey kilsəsində keçirilən mərasimin bir hissəsi olaraq, yazıçının Şairlər Köşkündəki qəbrinə əklil qoyub.
24 saat ərzində Albaniyadan Zimbabveyədək bir çox ölkələrdə yubiley mərasimləri keçiriləcək.
Dickensin doğulduğu Portsmouth şəhərində keçiriləcək mərasimdə yazıçının bioqrafı Simon Callow, David Copperfield əsərindən parçalar oxuyacaq.
Müqəddəs Məryəm kilsəsində keçiriləcək tədbirdə aktrisa Sheila Hancock, Dickensin Oliver Twist əsərindən parçaları səsləndirəcək.
Portsmouth-da mərasim yazıçının ulu nəvəsi Ian Dickens-in onun yaşadığı evin önünə əklil qoyması ilə başlayəb.
Charles Dickens 1812-ci il fevralın 7-də Portsmouth-da doğulub. Onun ailəsi 1814-cü ildə yenidən Londona köçüb.
Charles Dickens-in 200 illik yubileyi tədbirləri

Şahzadə Çarlz onun məzarına əklil qoyub, aktyor Ralph Fiennes onun əsərlərindən parçalar oxuyub. Portsmouth şəhərində yazıçının şərəfinə mahnılar oxunub.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
























