
İranda ölkədə fəaliyyəti qadağan olunmuş BBC Fars xidmətilə iddia edildiyi kimi əlaqəsi olmuş bir neçə nəfərin saxlandığı xəbəri yayılıb.
İranın Mehr agentliyi bildirib ki, saxlanılan şəxslər xəbər yığımı, işçi axtarışı, iran jurnalistlərinə təlim keçməklə məşqul olublar, eləcə də onların xaricə səfərlərini təşkil ediblər.
BBC Fars xidməti jurnalistlərinin İran ərazisində fəaliyyət göstərmədiklərini vurğulayıb.
Ötən cümə günü BBC İran hakimiyyətini BBC Fars xidməti əməkdaşlarını hədələməkdə ittiham edib.
Bu məsələ ilə əlaqədar etdiyi şərhində BBC Baş direktoru Mark Tompson BBC Fars ximəti əməkdaşlarına "narahtlıq yaradan yeni təzyiq üsullarına", o cümlədən onlara yaxınları vasitəsilə təzyiq göstərilməsinə, diqqəti çəkib.
Bu hadəsədən 1 həftə əvvəl Fars xidməti əməkdaşlarından birinin bacısı Tehranda həbs edilmişdi.
Əngəl və təzyiqlər
Prezident Mahmud Əhmədinejad 2009-cu ildə yenidən vəzifəsinə seçiləndən sonra İran BBC-ni iğtişaşlara təhrik etməkdə ittiham etdi.
Tehran BBC-ni Britaniya kəşfiyyatının "pərdəsi" adlandırır.
BBC Fars xidməti İran xüsusi xidmət əməkdaşlarının vətəndaşları öldürüdükləri, yaraladıqları və əsassız saxlamaları barədə məlumat verən və internetdə yerləşdirilmiş videosüjetlər və etiraz aksiyaları iştirakçıları ilə müsahibələr yayıb.
BBC əməkdaşlarına təzyiq təkcə İran hakimiyyəti tərəfindən yaxınlarının həbsilə məhdudlaşmır. Bu təzyiq eləcə də jurnalistlərin ünvanına böhtan ittihamlarən yayılması ilə edilir, teleradio korporasiyası ötən həftə bəyanatında bildirib.
"BBC Fars xidmətində işləyənlər üçün , İran hakim dairələrinin yaratdığı problem və təzyiqlər onların həyatında daimi gərginlik mənbəyinə çevrilib", BBC Baş direktoru Mark Tompson bildirib.
























