-
Yabanı üzgüçülük, Daşkənd, Özbəkistan. Suya tullanmaq və üzgüçülük qızmar mövsümdə bir çox gənclər üçün ən məhşur idman növüdür. Daşkəndin mərkəzindəki bu su anbarı körpüdən suya tullanan gənclər üçün maraqlı üzgüçülük məkanıdır. Hava hərarətinin 45 dərəcə Selsiyə çatdığı yay aylarında gənclər bu idmandan həm də sərinlənmək üçün istifadə edirlər.
-
Qartal ilə ovçuluq, Qazaxıstan. Berkutçi - qazax qartal ovçusu öz quşu ilə. Bu idman növü Sovet İttifaqı dağılandan sonra dirçəlməyə başlayıb. İdman Nazirliyinin təşkil etdiyi milli yarışlarda 100-ə yaxın ovçu iştirak edir. Quşlar dovşan və tülküləri ovlamalı və öz sahibini tanıdıqlarını göstərmək üçün qayıdaraq onların qoluna qonmalıdırlar.
-
Bodibildinq, Kabul, Əfqanıstan. Bodibildinq Əfqanıstanda əsas idman növüdür. Yüzlərlə idman zalı ölkədə bu idman üçün şərait yaradır. Hətta Taliban hakimiyyəti dövründə belə bu idmana icazə verilirdi, ancaq atletlərin bədənlərini təraş etməyə və ya rəngini tündləşdirməyə icazəsi yox idi. Mr Əfqanıstan titulu uğrunda yarışlar hər il Kabulun Olimpiya stadionunda keçirilir.








































