bbc.co.uk navigation

İran prezidenti parlamentə çağırılıb

Son yeniləmə: 7 fevral, 2012 - 16:39 GMT
Əhmədinejad

Prezidentin məclisə çağırılmasını parlamentin 290 üzvündən 79-u dəstəkləyib.

Millət vəkillərini iqtisadiyyatın necə idarəsi olunması ilə yanaşı Əhmədinejadla Ali Rəhbərin arasındakı mübahisə maraqlandırır.

İran prezidentinin parlamentə çağırılması hakimiyyət daxilində sərt pərdə arxası mübarizədən xəbər verir, deyilir BBC müxbiri James Reynolds-un məlumatında.

Ölkə konstitusiyasına əsasən parlamentin müraciətindən sonra prezidentin qanunverici orqanına gəlməsi üçün bir ay müddət ayrılır.

Əhmədinejadın məclisə çağırılması ölkənin parçalanmış mühafizəkar isteblişmentinin yaşadığı kritik məqama təsadüf edir, deyilir BBC təhlilində.

Ötən ayın əvvəlində İranda parlament seçkiləri keçiriləcək.

Hakim mühafizəkar partiyası 2009-cu ildə müxalif Yaşıl Hərəkəti məğlub edərək hakimiyyətə gəlib.

O zamandan biri mühafizəkarlar düşərgəsində daxili mübarizə səngimək bilmir.

Mahmud Əhmədinejadın tərəfdarları dövlət başındakı ruhanilərin nüfuzunun məhdudlaşdırılmasına çalışırlar.

Lakin onların cəhdləri qüdrətli İnqilab Keşikçiləri korpusu və Ali Rəhbərin tərəfdarlarının müqaviməti ilə üzləşir.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.