-
Səudiyyə Ərəbistanından olan Zain xərçəngdən qurtulub. O, Ümid qrupunun fəal üzvüdür və buna görə də, çəhrayı lent bağlayıb. Qrup xərçəng xəstələrinə, xüsusilə də yeni diaqnoz qoyulanlara baş çəkir, çünki başlanğıcda bu xəstəlik daha çətindir. Onlara öz başına gələnləri xəstələrlə bölüşür, onlar ürək-dirək və məsləhətlər verir. Qrupa adi insanlar və Səudiyyə Xərçəng Fondu dəstək verir. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbistanı
-
Abdullah Dhaim 75 yaşındadır. Ona bir neçə il öncə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Həkimlər onun bağırsağının 17 santimetrini kəsib götürüblər. Onun əhvali-ruhiyyəsi yüksəkdir. Sağalandan sonra digər xəstələrə baş çəkir və onlara ümidi itirməməyə kömək edir. Onun xanımında da bu yaxınlarda ciyər xərçəngi tapılıb. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbistanı
-
Kathy 58 yaşlı döş xərçəngi xəstəsidir. Xərçəngdən xilas olan bu qadın Cənubi Afrikadan, Cape Town şəhərindəndir. O, hələ də müalicə keçir ki, xərçəng qayıtmasın. Bu şəkli ötən il xərçəngdən xilas olması barədə xəbəri alanda çəkdirib. Kathy güclü və pozitiv qadındır. Əri Yanın və üşağının dəstəyi ona yardımçı olub. Şəkil: Jeanette Verster, ABŞ
-
Dmitri Berkut, Rusiya. "Mən Serjlə (sağda) iki il əvvəl tanış oldum. O, qan xərçəngindən müalicə olunurdu. Mərkəzi Sibirdə doğulub. Onun qardaşları və bacıları var. Anası onunla xəstəxanada qala bilmirdi. İki yaşlı ər-arvad onu övladlığa götürdü. Sonra o sağaldı və xəstəxananı tərk etdi". Foto: Dmitri Berku, Rusiya
-
Kathy Rymes (solda) 2009-cu ildə döş xərçəngi diaqnozu alıb. O, xərçəngə tutulanlara deyir ki, onlar yalnız deyil və sağalmaq üçün dərdlərini insanlarla bölüşməlidirlər. Michelle White-Malcolm (sağda) eyni ildə xərçəng diaqnozu alıb. Michelle deyir ki, xəstələr öz qorxularını ifadə etməlidirlər və digər insanların onlara yardım etməsinə imkan verməlidirlər. Fotoları ABŞ-da Scott Hussey özünün Xərçənglə Yaşamaq kitabı üçün çəkib.






































